Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan İsmayıl Haniyənin dəfn mərasimində iştirak etmək üçün Dohaya gedib.
Oxu24.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir Dohada HƏMAS Siyasi Bürosunun sədr müavini Xalid Məşəl ilə görüşərək başsağlığı verib.
Qeyd edək ki, görüşdə Haniyənin iki oğlu Əbdüsselam və Hemmam da iştirak edib.