AZ

HƏMAS liderinin qətli ilə bağlı yeni məlumatlar - Həniyə iranlılar tərəfindən öldürülüb?

HƏMAS rəhbəri İsmayıl Həniyənin “Mossad”a bağlı olan iranlılar tərəfindən öldürüldüyü bildirilir.

"AzPolitika" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının" "Al-Ain" nəşri adını açıqlamadığı İraq siyasətçisinə istinadla məlumat yayıb.

Məlumata görə, iraqlı siyasətçi SEPAH-ın İsmayıl Həniyənin öz iqamətgahında öldürülməsi ilə bağlı bayanatlarını rədd edərək bildirib ki, o, Tehranın şimal-qərbində SEPAH-ın təhlükəsizlik məqsədilə zəbt etdiyi Sədabad kompleksində yerləşən Yaşıl Sarayda qətlə yetirilib.

Bildirilib ki, sözügedən ərazidə yaşayan yerli sakinlər gecə saat 2-də partlayış səsini də eşitdiklərini bildiriblər.

Qeyd olunub ki, İraq siyasətçisi İsmayıl Həniyənin “Mossad”a bağlı iranlıların əli ilə öldürülməsi fikrini istisna etməyib: “Bu, çətin deyil, çünki İsrail ötən illərdə İran daxilində çoxlu əməliyyatlar həyata keçirib”.

"AzPolitika.info"

Seçilən
29
1
azpolitika.info

2Mənbələr