AZ

Rusiyada miqrantlarla bağlı qanun təsdiqləndi

Rusiya Federasiyası Şurası miqrantların hərbi qeydiyyata alınmamasına görə vətəndaşlıqlarına xitam verilməsi haqqında yeni qanunu təsdiqləyib.

Medianews.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yeni qanuna görə, daxili işlər orqanları hərbiyə qeydiyyata alınmaları üçün Rusiya vətəndaşlığına qəbul edilmiş kişilər haqqında məlumatları aidiyyatı qurumlara göndərməlidirlər.

“Rusiya pasportu almış miqrantlar isə öz növbəsində yaşadıqları yer üzrə hərbi qeydiyyatdan keçməyi öhdələrinə götürürlər”,- məlumatda qeyd edilir.

Qanun layihəsinin müəllifləri diqqətə çatdırıblar ki, bu gün miqrantların vətəndaşlıq aldıqdan sonra hərbi xidmətdən yayınması faktlarına geniş rast gəlinir. Onlar bunun əhalinin kütləvi hiddətinə səbəb olduğunu vurğulayırlar.

Qeyd edək ki, bundan əvvəl Dövlət Duması Rusiyanın baş naziri  Mixail Mişustinə miqrasiya siyasətində əsasnamələrin dəyişdirilməsi ilə bağlı müraciət layihəsini nəzərdən keçiri..

Dövlət Dumasının sədri  Vyaçeslav Volodin isə miqrantların Rusiyaya girişi, yaşayış yeri və işlə təmin olunma şərtlərini açıqlayıb. O bildirib ki, ölkənin qanunlarını pozanlar çıxarılmalı, rus dilini bilməyən, adət-ənənələrə, mədəniyyətə hörmət etməyənlər Rusiyaya buraxılmamalıdır.

Ayşən

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
43
medianews.az

10Mənbələr