AZ

Azərbaycanda qadın taksi sürücülərinin sayı açıqlanıb - ÖZƏL

Son günlər ölkəmizdə qadın taksi sürücülərinə rast gəlmək olur. 

Ölkəmizdə yaxın 10 il ərzində qadın sürücülərin sayı artdıqca, taksi kimi fəaliyyət göstərən qadın sürücülərinin də sayı artmaqdadır. 

Hətta bəzən el arasında “manatlıq” adlanan taksilərdə fəaliyyət göstərən qadınlara da rast gəlmək olur. Maraqlıdır, taksi haqqında qəbul edilmiş qərardan sonra ölkəmizdə qeydiyyatdan keçmiş neçə xanım sürücü var? 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Cebheinfo.az”-ın sorğusa cavab olaraq bildirilib ki, taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün 55 qadın qeydiyyatdan keçərək müvafiq icazə əldə edib. 

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı isə deyib ki, taksi şirkətlərində qeydiyyat keçmək əlçatan olduğuna görə xanım sürücüləri az da olsa görmək olur:

“Ölkəmizdə taksi fəaliyyəti ilə əsasən kişilər məşğul olur. Lakin son zaman bir çox zəhmətkeş qadınlar taksi və kuryer kimi fəaliyyət göstərirlər. Bu, normal haldır. Mən hətta deyərdim ki, bir çox işsizlər üçün nümünə belə olmalıdır. Çünki işləmək istəyən metod axtarar, istəməyən bəhanə”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
cebheinfo.az

10Mənbələr