AZ

Sabah 34 dərəcə isti olacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhərbəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalıvar. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəzolunacaq.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumatverilib.

Qeyd edilib ki, havanın temperaturu gecə 21-26°, gündüz 29-34°olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq.Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50% olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuzkeçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlardafasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrıyerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyiehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərqküləyi əsəcək.

Havanın temperaturu gecə 20-24°, gündüz 31-36°, dağlarda gecə10-15°, gündüz 17-22° olacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
49
az.trend.az

10Mənbələr