AZ

Fasilə bitdi: Azərbaycan Premyer Liqasında mövsüm başlayır

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə start veriləcək.
Tribunainfo.az-ın məlumatına görə, I turun açılış matçında son çempion “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək.
“Liv Bona Dea Arena”dakı qarşılaşma saat 20:00-da start götürəcək. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Qeyd edək ki, turun digər qarşılaşmaları 3-4 avqustda gerçəkləşəcək.
Premyer Liqa
2024/25 mövsümü
I dövrə, I tur
2 avqust
20.00 Araz-Naxçıvan – Qarabağ
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Liv Bona Dea Arena.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
4
tribunainfo.az

6Mənbələr