AZ

DSMF: Ötən ay xüsusi şərtlərlə pensiya alanların sayı 144,3 min nəfərə yaxın olub

DSMF:

Bakı, 2 avqust, AZƏRTAC

2024-cü ilin iyul ayı ərzində xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 144 299 nəfər olub.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 109 min 233 nəfər yaşa, 14 min 556 nəfər əlilliyə, 20 min 510 nəfər isə ailə başçısını itirməyə görə pensiya alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
39
azertag.az

10Mənbələr