AZ

İyulda Azərbaycanda 74 nəfər zəhərlənib: 5 nəfər ölüb

Yayımlandı: 2 Avqust 2024 11:34 Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb 2024-cü ilin iyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 74 nəfər qəbul edilib. Bu barədə tibbi mərkəzin mətbuat xidmətindən bildirilib. Şöbəyə qəbul edilən xəstələrdən 32 nəfər dərmandan, 22-si sirkə turşusundan, 2-si kimyəvi maddələrdən, 2-si fosfor üzvi birləşmələrdən, 1 nəfər isə qidadan zəhərlənib. Həmçinin 7 nəfər allergik reaksiya, 6 nəfər ilan sancması, 2 nəfər anaflaksiya (orqanizmə zülal təbiətli yad maddələrin – antigenlərin (anafilaktogenlərin) yeridilməsi nəticəsində inkişaf edən patoloji proses) səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (4 nəfər kişi, 1 nəfər qadın) həyatını itirib.  Ölüm halları sirkə turşusu zəhərlənməsindən qeydə alınıb. Meydan TV

Seçilən
55
49
xural.com

10Mənbələr