AZ

İsrail ordusu Livana hava zərbələri endirdi

İsrail Müdafiə Qüvvələri Livan sərhədi yaxınlığında İDF bölmələrinə raket hücumlarına cavab olaraq "Hizbullah"a zərbələr enddirib.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" İDF-nin mətbuat xidmətinə istinadla məlumat yayıb.

“Mərmilərin atılmasından qısa müddət sonra İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Yater kəndi yaxınlığında mərmilərin atıldığı "Hizbulla"hın atış meydançasına hücum etdi. Bundan əlavə, İsrail ordusunun artilleriyası Rmeiş və Ramie kəndlərinin ərazilərində təhlükələri aradan qaldırmaq üçün atəş açıb”, - İsrail ordusunun mətbuat xidməti bildirib.

Eyni zamanda, İDF “Hizbullah”ın atdığı mərmilərin əhəmiyyətli hissəsinin açıq ərazilərə düşdüyünü və heç bir ziyan vurmadığını açıqlayıb. Ərazidə ölən və yaralananların olmadığı da bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
45
publika.az

10Mənbələr