AZ

“8-ci kilometr bazarı”ndakı yanğında bir nəfər zəhərlənib - YENİLƏNİB-5

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:40 radələrində Nizami rayonu, Q.Qarayev prospekti ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Hadisə nəticəsində bir nəfər, 51 yaşlı şəxs (kişi cinsli) tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili tibbi yardım briqadası tərəfindən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

***

15:48

Yanğın başlayandan 7 dəqiqə sonra FHN-in texnikaları və canlı qüvvəsi hadisə yerinə gəlib.

Bunu APA-ya açıqlamasında FHN-in DYMX yanğınsöndürmə qərargahının əməliyyat növbətçisi polkovnik-leytenant İlqar Nəsibov deyib.

O bildirib ki, yanğının digər obyektlərə keçməsinin qarşısı alınıb və qısa müddət ərzində söndürülüb: “Yanğın ərazidə olan kafedən başlayıb. Xəsarət alanlar haqqında hadisə yerinə cəlb olunmuş aidiyyəti qurumlar məlumat verəcək”.

***

15:24

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barərə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Əlavə məlumat veriləcək.

***

15:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-nin qüvvələri çağırış üzrə cəlb olunublar.

FHN Mətbuat xidmətindən verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

15:00

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən bildirilib ki, yanğınla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

15:00

Nizami rayonu, Qara Qarayev prospektində yerləşən “8-ci kilometr bazarı”nın yaxınlığında yerləşən ticarət mərkəzlərindən birində baş verən yanğın səbəbindən prospektin hər iki istiqamətində yolda sıxlıq yaranıb.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, avtomobillərin rahat hərəkətini təmin etmək üçün yol polisi tərəfindən işlər görülür.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
4
cebheinfo.az

10Mənbələr