AZ

Rusiya sərhədçiləri İrəvan hava limanından çəkildi...

Image

Rus sərhədçilər İrəvanın “Zvartnots” hava limanını rəsmən tərk ediblər. Rus sərhədçilər 1992-ci ildən "Zvartnots" hava limanında idilər. Onlar Ermənistanın tələbi ilə İrəvan aeroportunu tərk ediblər.

Erməni mediası yazır ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin sərhəd hissələri qüvvələrinin komandanı Edqar Unanyan və Ermənistanda Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin rəhbəri, general-leytenant Roman Qolubitski hava buraxılış məntəqəsində dövlət sərhədinin mühafizəsinin erməni tərəfinə təhvil verilməsi haqqında protokolu imzalayıblar. Erməni tərəfi rus sərhədçilərin fəaliyyəti ilə bağlı heç bir iradlarının olmadığını bildiriblər.

Ermənistan spikeri Alen Simonyan də, rus sərhədçilərin "Zvartnots" hava limanında pasport yoxlanışını artıq dayandırdığını bildirib.

Rus sərhədçilərin Ermənistanda olması ilə bağlı müzakirələrə Rusiya vətəndaşı Dmitri Sertakovun işi səbəb olub. Ukraynada müharibədən yayınmaq üçün Sertakov Ermənistana qaçıb və 2023-cü ilin dekabrında Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən İrəvanda erməni hüquq-mühafizə orqanlarının əməkdaşlarına xəbər verilmədən saxlanıb. Sonra o Rusiyaya deportasiya edilib. Erməni hüquq müdafiəçiləri bu hadisəni Ermənistanın hüquq sisteminə hücum adlandırıblar.

Bununla yanaşı, 2024-cü ilin fevralında Ermənistan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü dondurub. Ardınca Rusiya sərhədçilərinin İrəvan hava limanını tərk etməsi məsələsi gündəmə gətirilib.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
50
baki-xeber.com

10Mənbələr