AZ

Rusiya Azərbaycanda insulin istehsalına başlayacaq

2025-ci ildə Rusiyanın "Geropharm" şirkəti Azərbaycandakı tərəfdaşının yerində insulin istehsalına başlayacaq.

Bu barədə Rusiyanın Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Ruslan Mirsayapov "Izvestiya"ya məlumat verib.

"Hazırda Azərbaycanda insulin istehsal olunmur, respublika onu tamamilə idxal edir. Lokallaşdırma dərmanları azərbaycanlı xəstələr üçün daha əlçatan edəcək", - deyə o bildirib.

Bundan başqa, "Geropharm" artıq Qazaxıstanda insulin istehsal edir.

Hazırda Azərbaycanda 300 mindən çox şəkərli diabet xəstəsi qeydiyyatdadır. 2019-cu ildən 2023-cü ilə qədər 2-ci tip şəkərli diabetdən əziyyət çəkənlərin sayı 224 min nəfərdən 291 min nəfərə yüksəlib.

Seçilən
31
4
oxu24.com

5Mənbələr