AZ

Rusiya şirkəti Azərbaycanda insulin istehsalına başlayacaq

2025-ci ildə Rusiyanın “Gerofarm” şirkəti Azərbaycanda insulin istehsalına başlayacaq. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov məlumat verib.

Onun sözlərinə görə, istehsalın lokalizasiyası preparatları pasiyentlər üçün daha əlçatan edəcək.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın “R-Farm” şirkətlər qrupunun Azərbaycanda yerləşən əczaçılıq kompleksi şəkərli diabetin ağırlaşmalarının qarşısının alınması üçün preparatın ilk partiyasını buraxdığını elan edib. Beş illik müqavilənin şərtlərinə əsasən, zavod ildə təxminən 1 milyon qutu istehsal edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
92
50
banker.az

10phrase_var_article.sources