AZ

Tələbələr yeni kartlarla bu güzəştləri əldə edəcəklər

Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Bu kartlarla tələbələr dərsdənkənar fəaliyyətlər zamanı xüsusi imtiyazlara sahib ola biləcəklər.

Təhsilin İnkişaf Fondunun əməkdaşı Nərgiz Qədirova mövzu ilə əlaqədar danışıb.

O bildirib ki, bir müddət öncə Təhsilin İnkişafı Fondu Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni “TələbəPlus” kartlarının istifadəyə verilməsi üçün memorandum imzalanıb:

“Kart vasitəsilə tələbələr “VISA”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər . Əlavə olaraq, layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilələrin imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması istiqamətində addımlar atılır. Bu imkanlar restoran, kafe, kitab, geyim, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
50
banker.az

10Mənbələr