AZ

Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Mobil Əhmədovun xatirəsi anılacaq

Gəncə

Bakı, 1 avqust, AZƏRTAC

Sentyabrın 10-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində məlahətli səsi, həssas obraz duyumu ilə qəlblərdə yaşayan, Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsert proqramı keçiriləcək.

Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, konsert proqramında Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistlərinin ifasında sənətkarın repertuarından mahnılar, operettalardan ariyalar səsləndiriləcək.

Biletləri Filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
7
azertag.az

8Mənbələr