AZ

“Zelenskinin kölgəsi” Andrey Yermak kimdir?

Yazını böyüt
Yazını kiçilt

“Washington Post” qəzeti yazıb ki, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak “çox adamı qəzəbləndirib”.

Hafta.az-ın yazdığına görə, məqalədə Ukrayna prezidenti Vladimir Zelenskinin “kölgəsi” kimi qələmə verilən Yermakın ölkə tarixində bu vəzifədə işləyən ən güclü siyasətçi olduğu şərhi paylaşılır.

Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenkonun şəxsi katibi Oleq Ribaçuk Zelenski ilə Yermakın çox yaxın olduqlarına diqqət çəkərək, “Qərarları kimin verdiyi maraqlıdır” deyir.

Ribaçuk Yermakın mövqeyi ilə bağlı aşağıdakı qiymətləndirmələri bölüşür: "Sələflərinin əksəriyyətindən fərqli olaraq, Yermak heç bir hökumət təcrübəsi olmadan vəzifəyə gəlib. O, əvvəldən bu mantranı təkrarladı: "Mənim yeganə arzum, yeganə iddiam prezidentin kölgəsi olmaq, yəni prezidentin olmamı istədiyi yerdə olmaqdır”.  Beləliklə, o, özünü Zelenskinin ayrılmaz hissəsi kimi qələmə verir”.

Xəbərdə Yermakın Zelenskinin Rusiya müharibəsindəki qərarlarında mühüm rol oynadığı iddia edilir.

Həmçinin iddia olunur ki, 52 yaşlı siyasətçi fevralın 8-də baş qərargah rəisi Valeri Zalujninin keşməkeşli prosesdən sonra vəzifəsindən azad edilməsində Zelenskiyə məsləhət verib. Zelenski Zalujnidən sonra bu vəzifəyə Quru Qoşunlarının komandanı Oleksandr Sirskinin təyin edildiyini açıqlayıb.

Yermak Kiyevdəki Taras Şevçenko Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq xüsusi hüquq üzrə magistr dərəcəsini bitirib.

Müxtəlif hüquq firmalarında çalışan Yermak 2012-ci ildə Garnet International Media Group media şirkətini qurdu və film istehsalı ilə məşğul oldu.

Yermak, həmçinin 2017-ci ildə nümayiş olunan Slovakiya-Ukrayna filmi “The Line” filminin prodüseri olub.

Avropa Kino Akademiyasının, eləcə də Ukrayna Kino Akademiyasının üzvü olan Yermak 2011-ci ildə Zelenski ilə tanış olub. Ukrayna lideri həmin vaxt ölkənin “İnter” telekanalında işləyirdi.

Zelenski 2019-cu il mayın 20-də keçirilən seçkilərdə qalib gəldikdən sonra Yermakı xarici siyasət üzrə vitse-prezident təyin edib. 11 fevral 2020-ci ildə Zelenskinin şəxsi katibi olan Yermak 2022-ci ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsində əsir mübadiləsi proseslərini də həyata keçirib.

Yermakın ABŞ administrasiyası ilə əlaqələri var. Xatırladaq ki, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bu ilin martında Kiyevdə etdiyi çıxışda Yermak haqqında “Biz müntəzəm olaraq görüşürük” demişdi.

Yermak iyunun 28-də xarici işlər naziri Hakan Fidan ilə də görüşüb. Ankarada keçirilən görüşdə Ukraynanın müdafiə naziri Rüstəm Ümerov da iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
50
hafta.az

10Mənbələr