AZ

Elcanın qalmaqallı görüşü ilə bağlı — Rəsmi açıqlama

“Biz burada hansısa ədalətsizlik görmürük. Hər şey texniki olaraq doğru şəkildə yerinə yetirilir”.

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bildirib.

“Elcan fəndi işlətməzdən öncə hakim tərəfindən MATE işarəsi (dayanmaq) verilmişdi. Hakimin MATE əmri verməsinin səbəbi isə fransız idmançının Elcanın cüdoqisindən düzgün olmayan formada, yəni kəmərdən aşağı tutması idi. Kadrlardan da göründüyü kimi, bundan sonra hakim fransız idmançıya ikinci xəbərdalığı verir. Yəni biz burda hansısa ədalətsizlik görmürük. Hər şey texniki olaraq doğru şəkildə yerinə yetirilir” , - R.Rəsullu qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
11
demokrat.az

10Mənbələr