AZ

Fərəc Quliyev bu dairədən deputatlığa namizəd oldu

Milli Dirçəliş Partiyasının (MDP) sədri Fərəc Quliyev sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, MDP sədri 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb. 

Qeyd edək ki, Fərəc Quliyev Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırış deputatı olub. O, parlamentdə 31 saylı Suraxanı ikinci seçki dairəsini təmsil edib. 

MDP sədri 2020-ci ildə keçirilən növbədənkənar seçkilərdə də iştirak edib. Lakin seçki qanunvericiliyini pozduğuna görə namizədliyi ləğv edilib. 

Fərəc Quliyev 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində namizəd olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
49
ucnoqta.az

10Mənbələr