AZ

"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?"- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR

"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?"- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR

"Çox vaxt mənə paxıllıq ediblər, qısqanıblar. Özü də bunu gizlində yox, aşkarda ediblər. Deyirdilər ki, təhsili yoxdur, bu da aktrisa olub?! Hələ klinikanı açanda deyirdilər ki, professorlar, həkimlər klinikanı güc-bəla ilə saxlayır, aktrisa-balerina necə klinika aça bilər? Bütün bunlar mənim qulağıma çatırdı. Rəhmətlik anam həmişə mənə deyirdi ki, həyatda paxıllıqdan başqa heç nədən qorxma. Paxıl adamın düşündüyünü heç kim düşünə bilməz"

Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, Azərbaycan kinosunun ən gözəl qadınlarından biri olan Leyla Şıxlinskaya deyib. O daha sonra əlavə edib.

"Parlaq, mənfi rollar oynamaq istərdim. Tarixi fimləri sevirəm. Orada tarixi kostyumlardan, baş örtüklərindən, atlardan, döyüş ləvazimatlartından istifadə olunur. Böyük məmnuniyyətlə tarixi bir qadın obrazı oynayardım. Hətta epizodda çəkilərdim. Mənə baş rollar lazım deyil. 2-ci, 3-cü dərəcəli rollar olur ki, o qədər güclü yazılır ki, baş rollar onun yanında unudulub gedir. Rasim Balayev demiş naturamız gedir. Kinoda belə bir deyim var, gün batanda deyilir ki, tez olun çəkək ki, naturamız gedir. Bu sözü Rasim qəşəng deyir. Biz Rasim Balayevlə filmə çəkiləndə çox xoşbəxt idik. Onunla yenidən bir araya gəlmək maraqlı olardı" deyə Leyla Şıxlinskaya deyib.
Leyla Şıxlinskaya "qadın neçə dəfə sevə bilər?" sualına isə belə cavab verib.
"Mənim üçün sevgi anlayışı daimidir. Ona görə ki, Allah bizi sevə-sevə yaratdı. Şərt deyil ki, kişinin qadına sevgisi olsun. Təbiəti, heyvanları, qohumlarını, nəvələrini sevə bilərsən. Sevgi səni götürüb aparır, sənin içinə, dərinə, bədəninə daxil olur. Amma onu korlaya bilərlər. Və incidə bilərlər. Bu zaman hər şey dağılır. Yenə də yanır və sonra bərpa olur. Feniks quşu kimi. Allah nə qədər istəyirsə insanlar bir-birini o qədər sevə bilərlər. Sevgi böyük duyğudur" deyə Leyla Şıxliskaya deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
50
sonxeber.az

10Mənbələr