AZ

“Məni Nazpəri bilib başımdan pullar tökdülər, dinmədim”

"Rusiyada məclislərin birində məni Nazpəri Dostəliyeva bilib başımdan xəzəl kimi pullar tökdülər. Mən də dinmədim. Kim dinərdi ki. Amma sonda həmin kişi məndən xahiş etdi ki, telefonla onun xanımı ilə danışım. Onda vicdanım əl vermədi, dedim mən Nazpəri xanım deyiləm, Afətəm".

Milli.Az lent.az-a istinadən bildirir ki, bu fikirləri müğənni Afət Fərmanqızı qatıldığı şou-proqramlardan birində səsləndirib.

O, gəncliyində özünü Nazpəri Dostəliyevaya çox bənzətdiyini, lakin sonralar öz yolunu tapdığını söyləyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
11
10
milli.az

10Mənbələr