AZ

ABŞ Ukrayna “F-16” döyüş təyyarələrini raket və digər silahlarla da təmin edəcək

Birləşmiş Ştatlar Ukraynanı onlarla F-16 döyüş təyyarəsini raket və digər silahlarla təmin edəcək ki, onlardan iilk partiyasını da tərəfdaşlar bu yay Kiyevə çatdıracaqlar.

Editor.az xəbər verir ki, bu barədə iyulun 30-da “The Wall Street Journal” yazıb. Hollandiya, Danimarka, Norveç və Belçika təlimləri başa vurduqdan sonra (2025-ci ildə) Ukraynaya F-16-lar verəcəklərini vəd ediblər.

Lakin təyyarələr üçün silahlanma məsələsi həll olunmamış qalıb. Adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi WSJ-yə bildirib ki, Pentaqonun məhdud ehtiyatına baxmayaraq, Vaşinqton Kiyevin ən aktual ehtiyaclarını ödəmək üçün Ukraynaya kifayət qədər hava-yer sursatları, dəqiq bomba bələdçi dəstləri və qabaqcıl hava-hava raketləri verməyə qərar verib. Qəzetin yazdığına görə, Ukrayna başqa ehtiyatlarla yanaşı, ABŞ-dan “AGM-88 HARM” hava-yer raketləri; idarə olunmayan bombaları ağıllı silahlara çevirən Birgə Birbaşa Hücum Sursatının (JDAM) geniş mənzilli versiyaları; kiçik diametrli bombalar (GLSDB); AMRAAM orta mənzilli hava-hava raketləri; “AIM-9X” qısa mənzilli hava-hava raketləri və s.alacaq. Həmçinin, Avropa ölkələri Ukraynaya daha sonra F-16 üçün ABŞ-dan əlavə silah almaq üçün vəsait ayıra bilər, – media həmsöhbəti vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Ukraynanın F-16 üçün təqdim etdiyi silahların Rusiya Federasiyasının ərazisində istifadəsini digər ötürülən silahlara bənzətməklə məhdudlaşdıracaq. WSJ qeyd edib ki, Rusiya ərazisini yalnız sərhədin o biri tərəfindən işğalçıların hücumlarına cavab olaraq vurmaq mümkün olacaq.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
50
editor.az

10Mənbələr