AZ

Mərkəzi Bank inflyasiya ilə bağlı proqnozları açıqlayıb

Azərbaycanda baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5.4%, 2025-ci illdə isə 5.5% olacağı gözlənilir.

Day.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın proqnozlarında deyilir.

"Ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib. Yenilənmiş proqnozlara görə mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə baza ssenari üzrə inflyasiyanın 2024-cü ildə 5.4%, 2025-ci illdə isə 5.5% olacağı gözlənilir", - Mərkəzi Bankın məlumatında deyilir.

Qeyd olunub ki, inflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır.

"Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər", - məlumatda deyilir.

Подписывайтесь на наш канал в WhatsApp и будьте в курсе главных новостей!

Seçilən
129
28
day.az

10Mənbələr