“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” üz tanıma texnologiyasından istifadə edərək icazəsiz biometrik məlumat toplamaqda ittiham olunduğu üçün Texas ştatında 1,4 milyard dollar ödəməyə razılaşıb.

İndex.az xəbər verir ki, açıqlamada qeyd edilən məlumatlara görə, bu, Texasın “Biometrik İdentifikatorların Toplanması və ya İstifadəsi Qanunu” çərçivəsində açılan ilk iddia və əldə edilən ilk razılaşmadır.

Açıqlamada “Meta”nın 2011-ci ildə “Tag Suggestions” adlı xüsusiyyəti təqdim etdiyi xatırladılıb və bu xüsusiyyətin necə işlədiyini izah etmədən bütün Teksaslılar üçün avtomatik olaraq aktiv edildiyi ifadə edilib.