AZ

Seçkilərdə iştirak üçün 390 nəfərin namizədliyi təsdiq olunub

Sentyabrın 1-də növbədənkənar parlament seçkilərində 390 nəfər  namizəd qeydə alınıb. Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirilib. 
 
O bildirib ki, ölkədə qeydiyyatda olan 26 siyasi partiyadan 25-i seçkilərdə iştirakını təsdiq edib.
 
Sentyabrın 1-də seçkiləri boykot elan edən partiya Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır. 
 
Azərbaycan parlamentinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-də keçiriləcək. Azərbaycan Respublikasının Konstitusiyasına görə, bu seçkilər  cari ilin noyabrının birinci həftəsində baş tutmalı idi. Amma ölkənin COP-29-a ev sahibliyi etməsi səbəbindən seçkilərin tarixi dəyişdirilib.
 
 
Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsü Milli Məclisin YAP-dan olan deputatlarından gəlib. 
 
Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
 
Gülnar Nazimqızı 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
4
anews.az

10Mənbələr