AZ

QHT sədri: “Milli Məclisə növbədənkənar seçkilər ölkəmizin yeni dövrə inteqrasiyasının davamıdır”

“Azərbaycan Qarabağ Zəfərindən sonra dünyanın güclü ölkələrindən biri kimi tanınıb. Ən nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyi edir. Ölkəmiz siyasi və hərbi nailiyyətlərlə yanaşı, həm də iqtisadi inkişafı ilə diqqət çəkir. Qarabağda yenidənqurma işləri sürətlə davam edir, şəhərlər, kəndlər, müasir yaşayış massivləri tiklir. Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ölkəmizin bütün bu nailiyyətlərinin davamıdır”.

 

QHT.az bildirir ki,  bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyə Nuriyeva deyib.

 

O bildirib ki, “Böyük Qayıdış” konsepsiyasına uyğun olaraq Qarabağa köç proqramı, əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğun artırılması, sahibkarlığın, kənd təsərrüfatının inkişafı və vətəndaş məmnunluğunun artırılması dövlətin prioritet istiqamətlərindəndir.

 

QHT sədrinin sözlərinə görə, Milli Məclisə növbədənkənar seçkilər ölkəmizin inkişafını ehtiva edən qanun layihələrinin qəbul edilməsi baxımından da əhəmiyyət daşıyır.

 

 “Milli Məclisə seçkilər beynəlxalq platformalarda Azərbaycan təmsilçiliyinin yeni dövrünün başlanğıcı deməkdir. Bu mənada, seçkilərdə uğur qazanan hər bir namizədin üzərinə böyük məsuliyyət götürüb”, - deyə Zülfiyə Nuriyeva fikrini yekunlaşdırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
50
qht.az

10Mənbələr