AZ

İsrail "Hizbullah" liderinin "sağ əlini" öldürdü

İsrail rəsmi olaraq Livanın paytaxtı Beyrutda İsrailin hava hücumu nəticəsində "Hizbullah" hərəkatının yüksəkrütbəli komandiri Fuad Şükürün öldürüldüyünü açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi, kontr-admiral Daniel Həcəri məlumat verib.

"Beyrutda "Hizbullah"ın yüksəkrütbəli komandiri, hərəkatın strateji bölməsinin rəhbəri olan "Seyyid Muhsin" ləqəbli Fuad Şükür dəqiq hava zərbəsi ilə məhv edilib", - deyə İsrail Müdafiə Ordusunun nümayəndəsi bildirib.

Daniel Həcəri əlavə edib ki, Fuad Şükür həm də "Hizbullah" lideri Həsən Nəsrullahın baş hərbi məsləhətçisi olub.

Məlumat üçün əlavə edək ki, İsrail ordusu Colan təpələrindəki Məcdəl Şəms şəhərinə hücuma görə məsuliyyət daşımaqda ittiham etdiyi Fuad Şükürü öldürmək məqsədilə paytaxt Beyrutun ətraf bölgələrinə zərbələr endirib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
45
big.az

10Mənbələr