AZ

Dollara tələb kəskin artdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 4 milyard 195,9 milyon ABŞ dolları məbləğində satış olub.Bu barədə AMB-yə istinadən xəbər verir.Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.Təkcə bu ay isə valyuta satışının məbləği 597,1 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur.Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 31 iyul 2024-cü il tarixində saat 10:00-da yayımlanacaqdır.

Seçilən
76
14
millishow.az

3Mənbələr