AZ

“Dava yerinə dialoqa üstünlük veririk”, L.Çinqti

 

  Tayvan dövlət başçısı Lay Çinqti “Çinlə mübarizə yerinə dialoqa üstünlük verməyə hazırıq" deyib.

  İyulun 29-da 35 ölkədən siyasətçilərin iştirakı ilə paytaxt Taybeydə başlayan və ayın 31-inədək davam etdirilməsi planlaşdırılan Parlamentlərarası Alyans (İPAC) konfransında çıxış edən L.Çinqti deyib: “Bu tədbirin keçirilməsində bir sıra ölkələr bizə dəstək və dəyər verdi.

  Konfrans Çinlə münasibətlərlə bağlı demokratik ölkələrə də müsbət mesaj verdi.

  Qarşılıqlılıq və ləyaqət prinsipləri çərçivəsində mübarizədənsə dialoqa üstünlük verməyə hazırıq.

  Tayvan boğazında mübahisələri azaltmaq, sülh və sabitliyin təminatı üçün Çinlə danışıqlara davam edəcəyik”.

  Qeyd edək ki, Çin İPAC tədbirini "etibarsız" adlandırıb, ölkənin Xarici İşlər Nazirliyi “Çin Çinlə diplomatik əlaqələri olan ölkələrin Tayvanla istənilən rəsmi dialoquna qarşıdır” deyə açıqlama verib.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
20
trt.net.tr

10Mənbələr