AZ

“F-16”lar qabaqcıl sistemlərlə təchiz edəcək

ABŞ rəhbərliyinin bu yay Ukraynaya göndəriləcək F-16-ları qabaqcıl silah və raket sistemləri ilə təchiz edəcəyi iddia edilib. Amerikanın “Wall Street Journal” (WSJ) qəzetinin yüksək rütbəli bir ABŞ rəsmisinə əsaslanaraq verdiyi xəbərə görə, Pentaqon Kiyevin bəzi NATO üzvü ölkələrdən alacağı F-16-ları yüksək texnologiyalı avadanlıqlarla silahlandıracaq.

Pentaqon Ukraynaya veriləcək “F-16”ları “hava-hava” və “hava-yer” raket sistemləri, həmçinin idarə olunan raket sistemləri və digər yüksək texnologiyalı silahlarla təchiz edəcək.

Müvafiq olaraq, “F-16”larda “AGM-88 HARM” hava-yer raket sistemləri, idarə olunmayan raketləri idarə olunan raketlərə çevirən “JDAM” dəstləri, orta mənzilli “AMRAAM” hava-hava raket sistemləri və qısa mənzilli AIM-9X raket sistemləri quraşdırılacaq.

ABŞ Ukraynaya birbaşa “F-16” göndərməsə də, NATO-nun əvvəlki Sammitində digər NATO ölkələri Belçika, Danimarka, Hollandiya və Norveçin Ukraynaya təxminən 80 ədəd “F-16” göndərməsi qərara alınıb.

Bu yay hissə-hissə Kiyevə göndərilməsi gözlənilən “F-16”ların Rusiyaya qarşı hava məkanını qorumaqda Ukraynanın əlini gücləndirəcək bir addım kimi qiymətləndirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
10
vaxt.az

10Mənbələr