AZ

Komandirindən öndə gedən rusəsilli şəhidimiz Dmitriy Solnsev

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Baku TV Vətən müharibəsi şəhidi Dmitriy Solnsev Aleksandroviç haqqında reportaj hazırlayıb.
Rusəsilli şəhidimiz - Dmitriy Solnsev Vətən müharibəsinə könüllü olaraq qatılıb. O, İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 25-də şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin bacısı Yuliya Solnseva qardaşı barədə danışarkən onun çox vətənpərvər olduğunu deyib:
"Bir dəfə evdə söhbət edəndə dedi ki, Yuliya, inanırsan, biz Qarabağı azad edəcəyik. Mən də inanmırdım, deyirdim ki, uşaqdır, qoy danışsın. Dedi ki, Yuliya, elə gün olacaq, biz səninlə, uşaqlarla Şuşaya çay içməyə gedəcəyik. Mən də onun arzusunu yerinə yetirdim. Uşaqlarla getdik, Şuşanı gəzdik, çay da içdik".
Şəhidin bacısının sözlərinə görə, qardaşı döyüşlərdə komandirdən irəlidə gedər, heç nədən qorxmazdı:
"Komandir deyirdi ki, Dmitriy həmişə qabağa gedirdi, ürəyi çox böyük idi, heç nədən də qorxmurdu. Dmitriy həmişə komandirinə "sən qabağa gedərsən, sənə nəsə olsa, mən burada heç kimi özümlə apara bilmərəm. Amma mən qabağa getsəm, sən bizi apararsan" deyirdi".
Yuliya Solnseva qardaşının şəhid olması xəbərini necə öyrənməsi barədə də danışıb:
"Bizə məlumat oktyabrın 24-ü axşam gəldi. Mən rəfiqəmgildə idim. Birdən yaxın qonşum zəng etdi və tez məhləyə gəlməli olduğumu dedi. Uşaqla gələndə gördüm ki, maşından hərbi formada boyu uzun bir kişi çıxır. Elə bildim ki, qardaşımdır. Dima deyərək qışqıra-qışqıra qaçdım. Yaxınlaşanda gördüm ki, o deyil. Qonşu dedi ki, Dima şəhid olub. Mən bunu heç vaxt eşitmək istəmirdim. Dimanı başqa cür, əlində bayraqla gözləyirdim. Dima gələndə yolu həmişə açıq olsun, şirin olsun deyə qonşulara, tanışlara konfet paylayacaqdım. Amma qismət olmadı".
Ətraflı süjetdə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
50
oxu.az

10Mənbələr