AZ

Palçıq vulkanlarına gəmi ilə infotur təşkil olunub

UNESCO ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda Geoparkların yaradılması və Qlobal Geoparklar Şəbəkəsinə qoşulmasına dair fəaliyyət planına uyğun olaraq, yaradılması nəzərdə tutulan geoparka daxil olan palçıq vulkanlarına gəmi ilə infotur təşkil olunub. Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri və mütəxəssislərdən ibarət qruplar iştirak edib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tur iştirakçıları Xəzərin Bakı arxipelaqında yerləşən vulkanik mənşəli Xarə, Zirə, Qarasu, Səngi-Muğan, Zənbil adalarına səfər edərək bu ərazilərin ekoturizm potensialını qiymətləndiriblər. Xüsusi mühafizə olunan təbiət ərazilərindən olan geopark statuslu qorunan ərazilər yaxın gələcəkdə turizmin bir qolu olan geoturizm üçün yeni imkanlar açacaq.

Qeyd edək ki, Azərbaycanda palçıq vulkanlarının bazasında geopark şəbəkəsinin yaradılması işləri yekunlaşma mərhələsindədir.

UNESCO-nun geoparkların yaradılmasına dəstək proqramı 2002-ci ildən fəaliyyət göstərir.

Hazırda dünya üzrə UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə 48 ölkədən 213 park daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
5
ekologiya.az

10Mənbələr