AZ

ÇL: “Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəlib

"Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda Cəbəllütariqin “Linkoln” komandası ilə qarşılaşıb.

“Qarabağ” ilk oyunda “Linkoln”u 2:0 hesabıyla məğlub etmişdi. Çempionlar Liqası II təsnifat mərhələsi,

cavab oyunu 30 iyul

20:00

Qarabağ – Linkoln (Cəbəllütariq) 5:0 (İkinci hissə)

Qol: Juninyo, 17, 31, 44. Benzia, 66. Andrade, 72

İlk oyun – 2:0

"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yanukoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo

Baş məşqçi: Qurban Qurbanov

"Linkoln": 1. Nauzet Santana, 5. İbrahim Ayu, 6. Bernardo Lopes (k), 15. Rafael Munyos, 24. Con Serqeant, 21. Nano, 8. Mustafa Yahaya, 22. Qrem Torrilya, 11. Julian Valarino, 17. Pedro Martin, 20. Etan Britto

Baş məşqçi: Xavyer Munyos

Qeyd edək ki, "Qarabağ” III təsnifat mərhələsində “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
14
apa.az

10Mənbələr