AZ

Çempionlar Liqası: "Qarabağ"dan ikinci qol

Çempionlar Liqası: "Qarabağ"dan ikinci qol

Bakıda "Qarabağ" və Cəbəllütariqin "Linkoln" klubları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında ikinci qol vurulub.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionunun heyətində Olavio Juninyo özünün və komandasının ikinci qoluna imza atıb.

Braziliyalı forvard 31-ci dəqiqədə dubl edib.

20:18

Bakıda "Qarabağ" və "Linkoln" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında hesab açılıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionunun heyətində 17-ci dəqiqədə Olavio Juninyo fərqlənib.

20:02

"Qarabağ" və Cəbəllütariqin "Linkoln" komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçın baş hakimi danimarkalı Yakob Sandberqdir.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 2:0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
49
sonxeber.az

10Mənbələr