AZ

Türkiyə və Ermənistan xüsusi nümayəndələri sərhəddə görüşdü...

Image

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr – səfir Serdar Kılıç və Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan arasında beşinci görüş iyulun 30-da iki ölkənin ortaq sərhədindəki Alican-Marqara sərhəd-keçid məntəqəsində baş tutub.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin iki ölkə arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələrin görüşü ilə bağlı yaydığı açıqlamada deyilir. Qeyd edilir ki, görüşdə əvvəlki müzakirələr zamanı razılaşdırılmış məsələlər təsdiqini tapıb.

Bildirilir ki, xüsusi nümayəndələr, həmçinin Akyaka-Axurik dəmir yolu sərhəd qapısının regional inkişafa uyğun şəkildə istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və diplomatik-rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Nəticə etibarilə son məqsədi tam normallaşma olan bu prosesin heç bir ilkin şərt irəli sürülmədən davam etdirilməsinə dair razılıq əldə olunub.

ZÜMRÜD





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
45
baki-xeber.com

10Mənbələr