AZ

Ağadadaşın hücum etdiyi mühafizəçidən ilk açıqlama: "Mənə dedi ki, ermənidən..."

Xalq artisti Ağadadaş Ağayevin balta ilə hücum etdiyi xəstəxana mühafizəçisi canlı efirdə açıqlama verib.

Turkustan.az xəbər verir ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməyi olub.

"Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən "MedEra" hospitalına gələn xəstəyə aid avtomobili park edən vaxt, yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o yenə təkidlə mənə "bura gəl, qorxma, gəl bura" deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam ki? O yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq "ermənidən əmələ gələn, sənə demirəm bura gəl?" , - deyə qışqırmağa başladı. Daha sonra o yenə söyüşlərə davam etməyə başladı."

Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra o əlində balta MedEra hospitalının həyətinə doğru irəliləməyə başlayıb: "Mən həmin vaxt öz işimlə məşğul idim. Bi də gördüm ki, uzaqdan "mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz" ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O yenə nalayiq ifadələr işlədir və mən henə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur".(sfera.az)

Seçilən
46
14
turkustan.az

8Mənbələr