AZ

Sizin Gəncədəki eviniz: "Deluxe Hotel" - FOTOLAR

Bu gün Gəncə şəhərində yerləşən "Deluxe Hotel" ilə tanış olduq. 

Bu 4 ulduzlu lüks otel qonaqlarına bar, restoran, bağ, fitness mərkəzi, qapalı hovuz, sauna və valyuta mübadiləsi, gecə-gündüz qəbul da daxil olmaqla bir çox imkanlar təqdim edir. Oteldə yemək və içkilər otağa da çatdırılır. "Deluxe Hotel"in otaqları kondisioner, qarderob, düz ekran TV, duşlu xüsusi vanna otağı və pulsuz tualet ləvazimatları ilə təchiz edilib. Hətta bəzi otaqların terasa çıxışı da var. Qonaqlara dəsmal və yataq dəsti verilir. Hər səhər otelin qonaqları üçün "bufet" səhər yeməyi verilir. Otel "Smart Hotels Groups" şirkətinin tərkibindədir. 

"Smart Hotels Groups" şirkətinin rəhbəri Ceyhun Aşırov Gəncədəki "Delux Hotel" ilə bağlı Hit.az-a daha ətraflı məlumat verib:
"Ümumiyyətlə, "Deluxe Hotel" hazırda Gəncədə çox əlverişli yerdə yerləşir. Otelimizin bağçası var və Gəncədə ən çox otaq sayı olan otellərdən biridir. Otelimiz 70 otaqdan və 3 korpusdan ibarətdir. Ailələr və turlar üçün çox əlverişlidir. Rahat və komfortlu otaqlar ilə qonaqlarımızın xidmətindəyik. 

Bizim şüarımız da "Sizin Gəncədəki evinizdir". Yəni biz bu şüar altında çalışırıq ki, gələn qonaqlarımız özlərini evlərində olduğu kimi rahat hiss etsinlər. Ona görə də ailəvi konseptdə olan otelimiz Gəncəyə gələn qonaqların ən sevimli məkanına çevrilir". 

Həmsöhbətimiz onu da vurğulayıb ki, Gəncəyə sürət qatarı fəaliyyətə başladıqdan sonra ora getmək daha da əlverişli olub:
"Cəmi 3,5 saata komfortlu qatarla Bakıdan Gəncəyə çata bilirik. Üstəlik, hər gün həm Bakıdan Gəncəyə, həm də Gəncədən Bakıya müntəzəm reyslər fəaliyyət göstərir".

Əlaqə:
055 417-90-00
050 356-90-00
022 257-46-52

info@deluxehotelganja.com

Pərviz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
50
hit.az

10Mənbələr