AZ

Tramp debata hazır olduğunu açıqladı

ABŞ-nin keçmiş prezidenti Donald Tramp vitse-prezident Kamala Harrislə debatda iştirak etməyə hazır olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, onun sözlərini “RİA Novosti” yayıb.

Tramp Harrislə debat etməyə hazır olduğunu açıqlayıb və onu asan rəqib adlandırıb:

“Mənim heç bir formada debatımıza etirazım yoxdur”.

Ölkənin keçmiş liderinin sözlərinə görə, Harrislə debat etmək ölkənin indiki prezidenti Co Baydendən daha asan olacaq.

Xatırladaq ki, iyulun 21-də ABŞ-nin hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.

ABŞ-də noyabrın 5-də prezident seçkiləri baş tutacaq. 

Seçilən
84
50
qafqazinfo.az

10Mənbələr