AZ

Rza Xudiyev vəzifədən azad edildi

Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi baş tutub. RegionXəbərləricom.az Qaynarinfo-ya istinadən məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.Qeyd edək ki, Rza Xudiyev FHN-in məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Onun babası və atası da məşhur yanğınsöndürənlərdən olub.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
17
regionxeberlericom.az

10Mənbələr