AZ

Ana dili hər bir xalqın kimliyidir ŞƏRH

Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək,

şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir.

Heydər Əliyev

Dil bir millətin simasıdır. Bir xalqı yaşadan da onun dilidir. Budur ki, ana dilini bilmək və ona hörmək etmək, qiymət vermək hər bir vətəndaşın birinci vəzifəsidir. Nə qədər dil bilirsən bil, öz ana dilini unutmaq olmaz.Tarixə nəzər salsaq görərik ki, Azərbaycan dili müxtəlif dövrlərdə dövlət dili kimi elan edilsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Azərbaycanın ən parlaq səhifələri Ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra yazıldı. Bir millətin ana dili dövlət dili kimi statusa malik olması, özü də elə bir dönəmdə, bu bir böyük tarixdi, özü də qızıl səhifəli tarix. Bu tarıxın səhifələri məhz o vaxtdan Heydər Əliyev ana dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Bu yüksəliş bir daha ana dilimizi qorumaq qüdrətimizi və ona sahib çıxmağımızı sübut etdi.

Dil cəmiyyətə və sosial interqrasiyaya təsir edən həyatı əhəmiyyət kəsb edən amildir. O həm də fərdinin hər tərəfli inkişaflna təsir edir. Dil xalqın irsini qorunması və gələcək nəsillərə ötürülməsi üçün vasitələrdən biridir.

Nə milli kadrların hazırlanmasında, nə azərbaycan dilin inkişaf edilməsində, nə ana dilin istifadə olunmasına nə diqqət yetirilirdi, nə də bir ciddi addım atılırdı. Mədəni və iqtisadi tənəzzülə aparan yolların qarşısını məhz Heydər Əliyev ideası aldı. 70-85-ci illərdə aparılan islahatlar Azərbaycanın milli ruhlu yola çıxmasına kömək etdi. Elə o illərdə Heydər Əliyev fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. İkinci hakimiyyət dövründə də Heydər Əliyev Azərbaycan dilinə böyük diqqət yetirib.

1995-ci il oktyabrın 31-də Konstitusiyanın dövlət dili haqqında maddəsilə bağlı keçirilən müzakirələr nəticəsində Azərbaycan dili qanuni haqqı özünə qaytarıldı və noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu.

Heydər Əliyev üçün hər şeydən öndə gənclərdə azərbaycançılıq məfkurəsinin və milli ruhun inkişafı, ana dilinin unudulmaması idi. Odur ki, Azərbaycan dili Dövlət dili kimi qəbul olunması o zamanlar üçün çətin olsa da Heydər Əliyev buna nail oldu. Bu akt Azərbaycan SSRİ-in 1978-ci il Konstitusiyasında təsbit olundu. Sovet dövründə bu cəsarətli addım idi. Heydər Əliyevin ikinci hakimiyyət dövründə də bu məsələ diqqətdən kənarda qalmadı. Heydər Əliyev 1995-ci ildə referendumla qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilimizin Azərbaycan dili olması öz əksini tapdı. 2001-ci ildə Ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. Bu Fərmanın əsas məqsədi dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan qaldırılması və Dövlət Dil Komissiyasının yaradılması idi. Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərman imzalandı və hər il 1 avqust tarixi Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Möhtərəm Prezident İlham Əliyev 2004-cü ildə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamlar verdi.

Azərbaycan klassiklərinin ittifaq səviyyəsində yubileylərin keçirilməsi, Azərbaycan mədəniyyətinin tanınması, Azərbaycan dilinin geniş tətbiqi, Azərbaycanın elm, ədəbi və mədəni sahələrində ön mövqeyə çıxması Heydər Əliyevin adı ilə bağlıdır.

Bir millətin yüksəlişi öz taleyinə sahiblənmək, dövlətini qurub və qorumaq qüdrətinin sübutudur. Dövlətin müstəqilliyini, ana dilimizi qorumaq və gələcək nəsilə ötürmək hər birimizin borcudur. Ana dilinin təbliğilə bağlı keçirilən tədbirlər qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan cəmiyyətin formalaşması üçün də vacibdir. Dünyanın 5 qitəsində təqribi sayı 50 milyon nəfər olan dünya azərbaycanlıları yaşayır. Uzun müddət Vətəndən kənarda yaşamaqlarına baxmayaraq öz ana dillərini unutmamışlar. Bu ana dilimizə verilən bir dəyərdir. Azərbaycanlılar hər zaman öz adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, Vətənlə əlaqələrini itirməmişlər.

Hal-hazırda da doğma dilimizə, milli adət ənənələrimizə həsasla yanaşılır. Heydər Əliyevin ideyalarını layiqincə davam etdirən cənab prezident İlham Əliyev bu sahəyə böyük diqqət yetirir. Cənab prezident İlham Əliyev 2004-cü il yanvarın 12-də “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı imzaladı. Beləliklə kütləvi nəşrlərin latın qarafikasına keçirilməsi prosesini sürətləndirildi və milli kitabxana fondu zənginləşdirildi.

Cənab Prezident İlham Əliyevin: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.

Cənab Prezident İlham Əliyev apardığı dövlət quruculuğu siyasətində ana dilinin qorunması məsələlərinə həmişə önəm verib. Bunu ölkə Prezidentinin müxtəlif tədbirlərdəki çıxışları zamanı söylədiyi fikirlər sübut edir.

Ana dilimizin qorunması və təbliğ edilməsi dil və din mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin vətəndaşlıq borcudur.

Şəhla Xəlilova

YAP Yasamal rayon “H.Cavid pr-ti 131” ünvanı üzrə (AR Elm və Təhsil Nazirliyi Fizika İnstitutu) ərazi partiya təşkilatının sədri

Seçilən
87
33
sesqazeti.az

3Mənbələr