AZ

Peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq - ADLAR

Bu ildən peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq.

Gundem.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, həmin ixtisaslardan ikisi "Yaşıl dünya naminə həmrəylik ili" nəzərə alınmaqla əlavə edilib:

Bura Nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), Dronların texniki xidməti və təmiri üzrə texnik, Alternativ enerji qurğu və avadanlıqlarının istismarı, Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, Günəş panelləri quraşdırıcısı və təmirçisi, Qida və içki üzrə mütəxəssisi, Tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, Elektrik və hibrid avtomobillərinin təmiri, Suvarma maşınları və nasos qurğuları maşinisti aiddir.(sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
17
gundem.az

10Mənbələr