AZ

Fransanın telekomunikasiya operatorlarına hücum edildi

Fransanın 6 bölgəsində fiber-optik şəbəkələrin sabotaj edilməsi ölkənin bəzi yerlərində telefon xətlərinin kəsilməsinə səbəb olub. 

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. 
 

Məlumata görə, bir neçə ərazidə “SFR” və “Bouygues” telefon operatorlarının qurğuları zədələnib. Herault, Bouches-du-Rhône, Meuse, Drôme və Aude departamentlərindəki elektrik şkaflarında telefon kabelləri kəsilib. 


Bu, Parisdə Olimpiya Oyunlarının açılış mərasimi günü ölkənin dəmir yollarının kütləvi hücuma məruz qalmasından bir neçə gün sonra baş verib. Törədilən təxribatlar 800 minə yaxın sərnişinə təsirsiz ötüşməyib. 

Bizim.Media

Seçilən
63
2
bizim.media

10Mənbələr