AZ

Bakıda bu gün 29 dərəcə isti olacaq

Bakıda və yarımadada gecə 19-23° isti, gündüz 25-29° isti gözlənilir.

Bizim.Media xəbər verir ki, Abşeronun bəzi yerlərində qısamüddətli yağış yağacaq, şimşək çaxacaq.

Respublika bölgələrinin bəzi yerlərində leysan və şimşək çaxması ehtimalı var. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi gözlənilir.

Gecə temperatur 18-23° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti proqnozlaşdırılır. 

Bəzi yerlərdə arabir duman olacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
50
bizim.media

10Mənbələr