AZ

Cəlilabadda 3 yaşlı uşaq hündürlükdən yıxılaraq ölüb

Cəlilabadda

Cəlilabadda 3 yaşlı uşaq hündürlükdən yıxılaraq ölüb.Cəlilabadda nəzarətsiz qalan uşaq hündürlükdən yıxılaraq ölüb.Hadisə rayonun Uzuntəpə kəndində baş verib. Nəzarətsiz qalan 3 yaşlı C.Vahabov 5 metr hündürlükdən yıxılaraq ölüb. Məlumata görə uşaq pilləkanla qonşu evin ikinci mərtəbəsində yerləşən açıq balkonuna çıxıb və burada o, müvazinətini itirərək yerə yıxılıb. Xəsarət alan uşaq təcili olaraq Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, həyatını itirən uşaq evin tək övladı olub.Faktla bağlı araşdırma aparılır.Eltun Məmmədov

Diqqət Çəkənlər

İsrail Livanı bombaladı

Nikkei: ABŞ Yaponiyada öz qüvvələrinin komandanlığını yarada bilər

Ağsuda yol qəzası olub, xəsarət alan var

Seçilən
226
2
ulusum.az

10Mənbələr