AZ

Futbol meydançasına atılan müəmmalı raket: Livan və Hizbullah inkar edir, Netanyahu "çox sərt bədəli olacaq" deyir

Livan hökuməti İsrailin işğalı altında olan Colan Təpələrində yerləşən Majdel Şəms qəsəbəsində futbol meydançasına raket atılmasını pisləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi NNA hökumətin bəyanatını yayıb.

Bəyanatda Livan hökuməti bütün mülki şəxslərə qarşı hər cür zorakılıq və təcavüzü pisləyib və bütün cəbhələrdə hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb: "Mülki şəxslərin hədəfə alınması beynəlxalq hüququn açıq şəkildə pozulması və insanlıq prinsiplərinə ziddir".

Livanın Nəqliyyat naziri Əli Hamiyye də Livanın hava sahəsinin uçuş trafikinə bağlanması ilə bağlı irəli sürülən iddiaları yalanlayıb.

Bu hadisədən sonra İsrail ordusu raketin Livandakı Hizbullah qruplaşması tərəfindən atıldığını iddia edib: "Bu barədə ləşfiyyat məlumatları var. Hazırda vəziyyət dəyərləndirilir".

Hizbullah Hərəkatı isə raketin onlar tərəfindən atılmadığı haqda bəyanat yayıb. 

İsrail baş naziri Netanyahu isə faktla bağlı çox sərt açıqlama verib. O, Livanı və Hizbullahı təhdid edərək, deyib: "İsrail bu ölümcül hücumu cavabsız qoymayacaq. Hizbullah indiyə qədər heç vaxt ödəmədiyi ağır bir bədəli ödəyəcək".

Tahir Şəlvəli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
50
mia.az

10Mənbələr