AZ

“Hizbullah”ın hədəfləri AÇIQLANDI - MOSSAD qərargahı...

İsrailin “Kanal 12” televiziyası bu gün “X” hesabında paylaşım edərək “Hizbullah”ın hücumlarının hədəflərini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə  “Azad İran” telegram kanalı məlumat yayıb.

“Livan Hizbullahının hədəfləri sırasında Mossadın qərargahı və İsrail ordusunun 8200 kəşfiyyat bölməsi də olub”, - deyə telekanal qeyd edib.

Xatırladaq ki, "Hizbullah" hərəkatı Beyrutda hərbi qanad komandiri Fuad Şükrün öldürülməsinə ilkin cavab olaraq İsrailə zərbələr endirib. Livandan İsrailə doğru 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub. Bütün bunların fonunda İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
148
50
musavat.com

10Mənbələr