AZ

Manqasaryandan SƏRSƏM İDDİA: "Azərbaycan Ermənistana qarşı..."

"Azərbaycan Ermənistana qarşı növbəti hərbi əməliyyata və ya ən azı böyük eskalasiyaya fəal şəkildə hazırlaşır".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianın müəllifi yerli hərbi ekspert Vitali Manqasaryandır.

"Yeni eskalasiyaya hazırlıq həm Azərbaycan təbliğatının materialları, həm də Azərbaycanın keçirdiyi təlimlərin ssenariləri ilə sübut olunur. Son 4 ildə Azərbaycan ildə 70-80 hərbi təlim keçirib. Bunlar müxtəlif miqyaslı hərbi təlimlər olub, lakin bütün təlim ssenariləri hücum xarakteri daşıyıb. Bura hücum silahlarının alınmasını da əlavə etmək lazımdır" - deyə o qeyd edib.

Manqasaryana görə, "Azərbaycan tərəfi fəal hazırlıqla yanaşı, danışıqların uğursuzluğuna və hərbi təxribatlara görə İrəvanı günahlandırıb müharibəyə başlamaq üçün münasib anı gözləyir".

"Bütün bunların informasiya bazası bu gün yaradılır", - deyə Manqasaryan əsassız iddialarına davam edib.

Erməni ekspert Azərbaycan tərəfinin uzaqmənzilli raketlərdən istifadə etməklə Ermənistanın dərinliklərinə hədəfli zərbələr endirəcəyini istisna etməyib. 

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
3
musavat.com

10Mənbələr