AZ

BOK Kremlevi ofsayda saldı, o da özündən çıxdı

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyası Beynəlxalq Boks Assosiasiyasını (IBA) tanınan beynəlxalq federasiyaların siyahısından çıxarıb.

BOK-un İcraiyyə Komitəsi bir müddət əvvəl sessiyaya 2019-cu ildə statusu əlindən alınan IBA-yə idman ailəsinə qaytarmamağı məsləhət görmüşdü. Apreldə isə İdman Arbitraj Məhkəməsi (CAS) IBA-in apellyasiya şikayətini rədd etmişdi. CAS-ın bu məsələ ilə bağlı yaydığı press-relizdə deyilirdi ki, IBA hakimlərin işi ilə bağlı monitorinqi təmin etməyib, həmçinin BOK-un təkliflərinin effektiv şəkildə gerçəkləşməsinə imkan verməyib.

IBA-in beynəlxaq federasiya kimi tanınmaması o deməkdi ki, Paris Olimpiadasının boks yarışları bu qurumun əməkdaşlarının iştirakı olmadan keçiriləcək.
Xatırladaq ki, Beynəlxalq Boks Assosiasiyasına rəhbərlik edən rusiyalı Umar Kremlev BOK-un tövsiyə və qərarlarını vecinə alımır. Hətta IBA 2022-ci ilin oktyabrında rusiyalı və belaruslu boksçuların yarışlardan uzaqlaşdırılması ilə bağlı qərarı ləğv etmiş, onların öz bayraqları və himnləri ilə çıxış etməsinə icazə vermişdi.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasının son qərarı rusiyalı prezidenti özündən çıxarıb. O, “teleqram” kanalında BOK-un prezidenti Tomas Bax və komandası ilə bağlı ictimai təhqiqatın başladığını yazıb:
“Dünya boks ailəsi, idmançılar, məşqçilər və şəxsən öz adımdan Tomas Baxın və komandasının dərhal istefa verməsini tələb edirəm”.

Kremlevin fikrincə, Baxın rəhbərliyi dövründə BOK deqredasiyaya məruz qalıb, idmançıları birləşdirən və idmana xidmət edən təşkilat olmaqdan yayınıb:
“Şəffaf təhqiqat aparılacaq, bütün korrupsiya sxemlərini, BOK üzvlərinə bütün təzyiqləri və təhdidləri göstərəcəyik”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
50
football-plus.az

10Mənbələr