AZ

Vəziyyət kəskinləşdi - Pezeşkiyanın planı pozuldu

İsrail və Livan arasındakı son gəlişmələr İran Prezidenti Məsud Pezeşkiyanın Qərblə məsələləri həll etmək imkanlarını bir müddət arxa plana atacaq.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Livanla İsrail arasında durumun getdikcə kəskinləşdiyini bildirib:

"Pezeşkiyan ilk ciddi sınaqla üz-üzədir. İranın dəstək verdiyi "Hizbullah" təşkilatının İsrailə zərbələr endirməsi və bu ölkənin 12 vətəndaşını öldürməsi qarşılığında İsrailin hərbi təyyarələri Livan ərazisinə zərbələr endirib, bu, son deyil. Vəziyyət o qədər gərginləşib ki, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-yə səfərini yarıda kəsərək vətəninə dönüb.

İsrail Livan ərazisində geniş hərbi əməliyyata hazırlaşır. Ancaq bu o demək deyil ki, İsrail yeni müharibədə uğur qazana bilər. "Hizbullah"ın 2006-cı ildə bir neçə İsrail əsgərini öldürməsi qarşılığında İsrail Livana hücum etdi, ancaq istədiyi nəticəni əldə edə bilmədi. "Hizbullah" Livanın cənubunda mövqelərini qorudu.

İsrail Qəzza ilə yanaşı, Livanın cənubuna da hücum planı hazırlayıb. İsrail - "Hizbullah" müharibəsi İranın ikincini daha fəal şəkildə dəstəkləməsini şərtləndirəcək. Pezeşkiyan İsrail əleyhinə sərt açıqlamalar verəcək, Tehranın "Hizbullah"a silah və maliyyə dəstəyi artacaq. Bu, Pezeşkiyanın Qərblə məsələləri həll etmək imkanlarını bir müddət arxa plana atacaq".


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
2
teleqraf.com

10Mənbələr