AZ

Trampı yadplanetlilər xilas edib?

Sui-qəsd nəzəriyyəçiləri ABŞ-ın keçmiş lideri Donald Trampın yaralandığı Pensilvaniya ştatında keçirilən mitinqdən görüntüləri izləyiblər.

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, "Daily Mail" müəllifləri onların hansı nəticəyə gəldikləri barədə yazıblar.

Sosial şəbəkə istifadəçiləri videoda "iddia edilən UFO"ların göründüyünü bildiriblər. Onlar ABŞ bayrağının fonunda "disk formalı obyekt"in uçduğunu bildiriblər. Obyekt atəşlərə az qalmış görünüb. Məxfi Xidmət əməkdaşları hadisə yerinə qaçarkən digər oxşar obyekt görünüb.

Bir çox istifadəçi ehtimal olunan yadplanetliləri Trampın "qoruyucu mələkləri" adlandırıb. Siyasətçinin özü hesab edir ki, onu "Allah qoruyub".

Xatırladaq ki, iyulun 13-də Pensilvaniya ştatında seçki kampaniyası zamanı ABŞ-ın keçmiş prezidentinə cəhd edilib. Onun qulağı zədələnib. Hücum edən şəxs yaxınlıqdakı binanın damında öldürülüb. Onun 20 yaşlı Tomas Metyu Kruks olduğu üzə çıxıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
21
bizim.media

10Mənbələr