AZ

Livandakı duruzların lideri “Hizbullah”ı dəstəklədiyini bəyan edib

Livanın Mütərəqqi Sosialist Partiyasının sədri, duruz dağ icmasının siyasi lideri Valid Cumblat İsrailin planlarına qarşı çıxan müqavimət qüvvələrinə dəstək verdiyini açıqlayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Livandakı duruzuların lideri “Hizbullah”ı və onun İsrailə qarşı mübarizəsini dəstəklədiyini bəyan edib.

O, şənbə günü Colan təpələrində duruzların Məcdəl Şəms yaşayış məntəqəsindəki futbol meydançasına atılan raketin partlaması nəticəsində 12 uşağın həlak olduğu hadisəni şərh edərək yəhudi dövlətinin Yaxın Şərqdə vətəndaş qarşıdurmasını qızışdırmaq üçün təhlükəli planı olması barədə xəbərdarlıq edib.

İcma liderini “Hizbullah”ın Məcdəl Şəmsə raket hücumuna görə məsuliyyət daşımadığını bildirib. “Biz İsrailin hazırladığı bölünmə və iğtişaşların qızışdırılması planlarına qarşı birgə mübarizə aparmaq üçün onun tərəfindəki mövqeyimizi təsdiqləyirik”, – deyən Cumblatın sözlərini Əl-Nahar qəzeti dərc edib.

Cumblat həmçinin ölən uşaqların ailələrinə başsağlığı verərək İsrail işğalına qarşı mübarizə aparan Suriya Colan Təpələrinin sakinləri ilə həmrəylik nümayiş etdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
21
nocomment.az

5Mənbələr